MDU-da Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

2023-cü il martın 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın gülərsə” adlı tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən KİM-in mütəxəssisi İlhamə Məmmədova MDU-nun qadın əməkdaşlarına universitet rəhbərliyinin təbriklərini çatdırıb. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd universitetin təcrübəli qadın əməkdaşlarının gənclərlə bir araya gətirilməsi, onların uğurlarının və tövsiyələrinin paylaşılması üçün səmimi ortamın yaradılmasıdır.

Tədbirdə MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova, Mexanika kafedrasının dosenti Ofeliya Məmmədova və İqtisadiyyat kafedrasının dosenti Ofeliya Səmədova çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadınına verdiyi yüksək dəyərdən və hazırda qadınların ölkəmizin sosial, siyasi və mədəni inkişafındakı fəal rolundan bəhs edilib, göstərilən diqqətə görə minnətdarlıq ifadə olunub.

Sonra səmimi formatda davam edən görüşdə iştirakçıları maraqlandıran müvafiq mövzularda fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.