Mingəçevir Dövlət Universitetində (MDU) “Narkomaniyaya yox deyək” adlı seminar keçirilib

Seminarın moderatoru Mingəçevir Dövlət Universitetinin (MDU)  Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev narkotik maddələrin insan sağlamlığına və mənəviyyatına vurduğu zərərlər, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün hüquqi tədbirlərin və vətəndaşların rolu, eləcə də narkotik asılılıqdan çıxış yolları haqqında danışıb, cəmiyyətin bu bəla ilə mübarizədə birgə səylərinin vacibliyini vurğulayıb. Sonra məruzələr dinlənilib

MDU-nun hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov “Narkomaniya – mənəviyyatı məhv edən ümumbəşəri bəla”, MDU-nun hüquqşünası Polad Atayev: “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində qanunvericiliyin müddəalarını və tələbləri”, , MDU-nun müəllimi Leyla Əmədova “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Seminarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin gənclərə izah edilməsinin əsas məqsəd kimi müəyyən edildiyi diqqətə çatdırılıb və bu mövzuda videoçarx nümayiş olunub. Qeyd edək ki, tələbələrin maarifləndirilməsini hədəfləyən və sağlam cəmiyyətə xidmət edən  bu kimi tədbirlər MDU-da mütəmadi olaraq həyata keçirilir.