MDU əməkdaşları REFRESH layihəsi çərçivəsində “VLS lab”ın təşkili təliminə qatılıb

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaş olduğu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatorluğu ilə həyata keçirilən Avropa Komissiyasının Erasmus+ proqramının “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması-REFRESH” layihəsi çərçivəsində 2024-cü ilin 6 dekabr tarixində İsveçin Kral Texnologiya İnstitutu (KTH) tərəfindən “VLS lab” – vurtual laboratoriyanın təşkilinə dair onlayn təlim keçirilib.

Təlimdə MDU-nun Fizika və Ekologiya, Energetika kafedralarının əməkdaşları, magistr tələbələri iştirak edib.Təlimin sonunda iştirakçıların virtual laboratoriyanın qurulmasıma dair sualları cavablandırılıb.

Qeyd edək ki, “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır.