You are currently viewing Mingəçevir Dövlət Universiteti Tədris şöbəsinin müdir müavini vəzifəsinə vakansiya elan edir

Mingəçevir Dövlət Universiteti Tədris şöbəsinin müdir müavini vəzifəsinə vakansiya elan edir

Mingəçevir Dövlət Universiteti Tədris şöbəsinin müdir müavini vəzifəsinə vakansiya elan edir

Əsas tələblər:

  • Tam ali təhsil (elmi dərəcəsi olanlara üstünlük verilir);
  • Ali təhsil sistemində minimum 5 il iş təcrübəsi;
  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları, eləcə də elm və təhsil sahələrinə dair Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları üzrə biliklər;
  • Professor-müəllim heyəti arasında dərs yükünün bölüşdürülməsi qaydaları, ikili diplom proqramları və fənn proqramlarının beynəlxalq akkreditasiyası sahəsində məlumatlılıq;
  • Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də təşkilatçılıq bacarıqları;
  • Dil bilikləri: Azərbaycan və ingilis dili.

Əmək funksiyası: 

  • Ali təhsil müəssisəsinin fakültə və kafedralarında tədris işlərini təşkil edir;
  • Tədris yüklərinə dair tapşırıqları fakültələrə çatdırır, onların əsasında işçi tədris planlarının hazırlanmasına nəzarət edir;
  • Kafedralarda professor-müəllim, eləcə də tədris-yardımçı heyət ştatlarının müəyyənləşdirilməsi, tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və göndərilməsinə, tədris şöbəsinin (hissənin) işçilərinin fəaliyyətinə istiqamət verir və rəhbərlik edir;
  • Tələbələrin tədris planına uyğun dərslərinin keçirilməsini təşkil edir;
  • Tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsinə, akademik borcların ləğvinə, məsləhət saatlarının təşkilinə və keçirilməsinə, tədris-tərbiyə və elmlə bağlı bütün məsələlərin həllində iştirak edir.

Bilməlidir:

  • “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • Elm və təhsil sahələrinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
  • Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; ali məktəb pedaqogikasını və psixologiyasını, tədris planlarının və proqramlarının tərtibini.

Maraqlanan şəxslərdən CV-ləri  22.05.2025-ci il tarixinədək info@mdu.edu.az elektron poçt ünvanına “Tədris şöbəsinin müdir müavini” mövzu başlığı ilə göndərmələri xahiş olunur.