You are currently viewing Mingəçevir Dövlət Universitetindən “Turizm və otelçilik” ixtisası üzrə magistrda fənn tədrisi üçün müəllim vakansiyası!

Mingəçevir Dövlət Universitetindən “Turizm və otelçilik” ixtisası üzrə magistrda fənn tədrisi üçün müəllim vakansiyası!

Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasında magistratura səviyyəsi üzrə “Turizm və otelçilik” ixtisası (ixtisaslaşma: Turizm işi) üzrə aşağıda adları göstərilən fənlərin tədrisi üçün müvafiq elmi-pedaqoji bilik və təcrübəyə malik mütəxəssisləri professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.

Vakant fənlər:

  1. Turizm iqtisadiyyatı
  2. Turizm menecmenti
  3. Turizm sektorunda xidmət keyfiyyəti
  4. Müasir turizm və onun problemləri
  5. Dayanıqlı turizmin inkişafı və planlaşdırılması
  6. Turizmdə innovasiya və təcrübə dizaynı
  7. Turizmdə mediya və marketinq
  8. Ali məktəb psixologiyası
  9. Smart turizm
  10. Qida və içkilərin idarə edilməsi
  11. Turizm sənayesinin rəqabətli təhlili
  12. Turizmdə sahibkarlıq
  13. Turizmdə logistika və infrastruktur
  14. Turizmdə şəbəkələşmə və kommunikasiya
  15. Xidmət keyfiyyətinin idarə edilməsi
  16. Xidmət sahələrində mühasibat
  17. İşgüzar turizm
  18. Otellərdə innovasiya texnologiyaları
  19. Turizmdə kadr təminatı
  20. Sanitariya və gigiyena
  21. Qastronomiya turizmi
  22. Əməyin mühafizəsi və təhlükəsizliyi

Vakant vəzifələrə müraciət edən namizədlərə tələblər:

  • İxtisas profilinə uyğun istehsalat sferasında təcrübəyə (minimum 3 illik), müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;
  • Tədrisin təşkili ilə bağlı bacarıqlara malik olması;
  • Tədris texnologiyalarından (office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığının olması;
  • Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;
  • Vəzifənin etik davranış qaydalarına sadiqlik;
  • Axşam saatlarında (18:30–21:30) tədris aparmaq imkanının olması.

Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.

Maraqlanan şəxslər CV, diplomun surətini (qiymət vərəqəsi)iddia etdikləri fənn yaxud fənlər üzrə uyğun sillabusu hazırlayıb 2025-ci ilin 12 iyul tarixinədək hr@mdu.edu.az elektron ünvanına göndərə bilərlər.

Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidirlər.