18 avqust 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) əlavə ali təhsil almaq üçün müraciət edən şəxslərlə görüş keçirilib.
Görüş zamanı MDU-nun tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri Ceyhun Mahmudov və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Azər Hüseyn universitetdə əlavə ali təhsilin təşkili ilə bağlı məlumatlandırıcı çıxışlar edib, onları maraqlandıran sualları cavablandırıblar.
Universitet nümayəndələri çıxış edərək MDU-da yaradılan təhsil şəraiti, müasir infrastruktur, eləcə də tələbələrə göstərilən diqqət və qayğı barədə də məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Görüşün sonunda müraciət edən şəxslərin təklif və fikirləri dinlənilib, onların gələcək təhsil imkanlarının səmərəli təşkili üçün fikir mübadiləsi aparılıb.