You are currently viewing Mingəçevir Dövlət Universiteti boş qalan fənlər üzrə müəllimlik vakansiyası elan edir!

Mingəçevir Dövlət Universiteti boş qalan fənlər üzrə müəllimlik vakansiyası elan edir!

Mingəçevir Dövlət Universiteti tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə peşəkar və ixtisaslı kadrların cəlb olunması üçün boşda qalan fənlər üzrə müəllimlik vakansiyaları elan edir. Müəllimlik fəaliyyəti ilə maraqlanan mütəxəssislərin müraciətləri qəbul olunur.

Bakalavr səviyyəsi üçün:

  • Mülki müdafiə və ilkin tibbi yardım
  • Kompüter qrafikası
  • Simsiz və mobil şəbəkələrə giriş
  • İnsan-kompüter interfeysi
  • Bulud hesablamaları və virtuallaşdırma (Cloud computing technologies)
  • JAVA proqramlaşdırma dili
  • Süni intellekt
  • Proqramlaşdırma texnologiyaları
  • Neyron şəbəkələr və neyrokompüter texnologiyaları
  • Data-Mining və Big-Data texnologiyaları
  • Şəbəkələrin əsasları (Basics of Networks)
  • Əməliyyat sistemləri (Operating systems)
  • Sosial mühəndislik (Social Engineering)
  • Verilənlər bazalarının təhlükəsizliyi (Database Security)
  • Təhlükəsiz proqramlaşdırma (Secure Programming)
  • Rəqəmsal kriminalistikanın əsasları (Digital Forensics Fundamentals)
  • Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi (Security of Industrial Management Systems)
  • Müasir İKT və informasiya təhlükəsizliyi
  • Ekologiyada informasiya texnologiyalarının tətbiqi
  • Ekoloji kartoqrafiya və coğrafi informasiya sistemləri
  • Proqramlaşdırmanın əsasları (I və II)
  • Verilənlərin strukturu və alqoritmlər
  • Kompüter arxitekturası
  • Müasir proqramlaşdırma dilləri
  • Verilənlər bazası sistemləri
  • İnformasiya sistemləri
  • Kompüter şəbəkələri
  • Information security
  • Multimediya texnologiyaları
  • Obyekt yönlü proqramlaşdırma
  • Veb sistemləri və texnologiyaları
  • Sistemli analiz və kompüter modelləşdirilməsi
  • SƏTƏMM
  • İnternet texnologiyaları
  • Sistem mühəndisliyi
  • Şəbəkələrin təhlükəsizliyi (Network Security)
  • İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri
  • İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri (ISMS)
  • Kibertəhlükəsizliyin əsasları (Basics of Cybersecurity)
  • Veb proqramlaşdırma və layihələndirmə
  • Veb təhlükəsizliyi (Web Security)
  • Bulud təhlükəsizliyi (Cloud Security)
  • Sistemlərin simulyasiyası
  • Dövrlər nəzəriyyəsi
  • Verilənlər bazası
  • İnformasiya texnologiyaları (ixtisas üzrə)
  • İnformasiya-kommunikasiya texnologiyaları
  • İKT – baza kompüter bilikləri
  • Kompüter qrafikası və dizayn
  • Kibertəhlükəsizliyin əsasları

Magistr səviyyəsi üçün:

  • İnsan-kompüter mühəndisliyi (Human-computer engineering)
  • Süni intellekt sistemləri

Namizədlərə tələblər:

  • Minimum magistratura təhsil səviyyəsindən məzun olmaq;
  • İxtisas profilinə uyğun istehsalat sferasında minimum 3 illik təcrübə;
  • Müvafiq elmi ad və dərəcələrin olması üstünlükdür;
  • Tədrisin təşkili ilə bağlı bacarıqlar;
  • Tədris texnologiyalarından (Word, Excel, PowerPoint, Microsoft Teams və s.) istifadə bacarığı;
  • Akademik səviyyədə müvafiq fənni bilmək;
  • Akademik səviyyədə İngilis dilini bilmək;
  • Vəzifənin etik davranış qaydalarına sadiqlik.

Tələb olunan sənədlər:

  • CV və ya rezume
  • Ali təhsili təsdiq edən sənədlərin surəti
  • Silabus (Sillabuslar)
  • Beynəlxalq sertifikatlar (əgər varsa)

Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.

Tələblərə cavab verən namizədlər 2025-ci ilin 4 sentyabr tarixinədək müraciətin başlıq hissəsinə müvafiq fənnin adını yazaraq hr@mdu.edu.az elektron poçt ünvanına öz namizədliyini göndərə bilərlər.