ADA Universitetinin təhsil proqramlarının təbliği ilə bağlı Mingəçevir Dövlət Universitetində tədbir keçirilib

ADA Universitetinin təhsil proqramlarının təbliği ilə bağlı

Mingəçevir Dövlət Universitetində tədbir keçirilib

 

ADA Universiteti yerli və xarici universitetlərlə əməkdaşlığa hər zaman böyük önəm verib. Bu səbəbdən Mingəçevir Dövlət Universitetinin həm rəhbərliyi və müəllim heyəti, həm də yuxarı kurs tələbələri ilə Universitetdə görüş keçirilib.  

Tədbirdə giriş sözü ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru əvəzi, professor Veysəl Əyyubov ADA Universitetinin əməkdaşları İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin professoru Fuad Hacıyevi, Təhsil fakültəsinin professoru Samirə Hacıyevanı, ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşları Şəbnəm Qəhrəmanovanı və Elşad Göyüşovu rektor Şahin Bayramovun adından salamlayaraq, tədbirin məqsədi barədə ətraflı məlumat verib.

Görüşdə yuxarı kurs tələbələri ADA Universitinin müəllim heyətinin mühazirələrini dinləmiş və müzakirələrdə yaxından iştirak etmişlər.

Sonra təqdimat çərçivəsində çıxış edən ADA Universitetinin əməkdaşları universitetdə tələbələr üçün yaradılan şərait, imkanlar və təhsil sistemi haqqında geniş məlumat veriblər. ADA Universitetində olan təhsilin səviyyəsindən, tələbə və professor heyətindən, əldə etdikləri nailiyyətlərdən, qarşıda duran layihələrin icrasından danışıblar.

Bildirilib ki, ADA Universitetində müxtəlif istiqamətlərdə bakalavr və magistr proqramları təsis olunur. Bütün proqramlarda təhsil yerli və xarici professorlar tərəfindən ingilis dilində aparılır. Qeyd olunub ki, universitetin əsas məqsədlərindən biri də respublikanın digər universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsidir. ADA Universitetinin qarşısında duran vəzifə Azərbaycanın gələcəyi üçün savadlı kadrların, dövlətçiliyi dəstəkləyən şəxsiyyətlərin yetişdirilməsidir. 

Tədbir zamanı ADA Universitetinə aid videoçarx nümayiş etdirilib.

         Sonda ADA Universiteti ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

{phocagallery view=category|categoryid=253|limitstart=0|limitcount=0}