Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

Mingəçevir Dövlət Universitetində “Açıq qapı günləri keçiriləcək

2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcəkdir.

İmtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 9 fevral tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə biləcəklər.

İlk “Açıq qapı” günü 2021-ci ilin 14 yanvar tarixində keçiriləcəkdir.

Görüşlərə qatılmaq istəyənlər metbuat@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.