Rektor Şahin Bayramov Prof. Dr. M. Naci Bostancını təbrik edib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tərəfdaşlıq etdiyimiz Ankara Hacı Bayram Veli Universitetinə yeni rektor təyin olunması münasibətilə Prof. Dr. M. Naci Bostancını MDU ailəsi adından təbrik edib, məsul vəzifəsində uğurlar arzulayıb.
Hazırda qardaş ölkənin Təhsil naziri olan Prof. Dr. Yusuf Tekini rektorluğu dövründə universitetlərimiz arasında yaradılmış qarşılıqlı faydalı əməkdaşlığın növbəti mərhələdə davamlı inkişaf edəcəyinə inandığını bildirib.