“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

 

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədəAzərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinəuyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkəərazisindəyayılmasının, onun törədəbiləcəyi fəsadların qarşısının alınması məqsədiləAzərbaycan Respublikasının ərazisindəxüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi iləəlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti vəAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər vərejimlər bu Qərarın 1-ci hissəsi iləmüəyyən edilmiş müddət ərzindəöz qüvvəsini saxlayır.

3. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

5. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

Əli Əsədov
Azərbaycan RespublikasınınBaş Naziri

Bakı şəhəri, 18 aprel2020-ci il No 144

QƏRAR