“Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin toplantısı

“Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin

yaradılması və inkişaf etdirilməsi” adlı layihənin toplantısı

18 aprel 2019-cu il tarixində Bakı Biznes Universitetində koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin 2 günlük toplantısı keçirilib.

Toplantıda Mingəçevir Dövlət Universiteti ilə yanaşı Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Komissiyasının, Milli Erasmus+ Ofisinin və layihənin tərəfdaşları olan 10 Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Toplantının 1-ci günündə layihənin tərəfdaş universistetləri tərəfindən görülən işlər barəsində təqdimatlar keçirilib, Azərbaycan Universitetlərində Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və Keyfiyyət Təminatı Mərkəzlərinin iş planlarının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar”a uyğunlaşdırılmasındakı mövcud problemlər və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, toplantıda Mingəçevir Dövlət Universitetini TKTNM-nin direktoru Səbinə Quliyeva və Beynəlxalq əlaqələr sektorunun rəhbəri, EQAC layihəsinin universitet üzrə meneceri Samirə Əhmədova təmsil ediblər.

{phocagallery view=category|categoryid=141|limitstart=0|limitcount=0}