MDU nümayəndələri EQAC layihəsi çərçivəsində Litvanın EKT şirkətinin keçirdiyi təlimlərdə iştirak edir

MDU nümayəndələri EQAC layihəsi çərçivəsində Litvanın EKT

şirkətinin keçirdiyi təlimlərdə iştirak edir

Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirlməsi” (EQAC) layihəsi çərçivəsində 29 aprel – 2 may tarixlərini əhatə edən proqram təminatı təlimlərinə başlanılıb. Təlimlərdə layihənin tərəfdaşı olan Mingəçevir Dövlət Universiteti ilə yanaşı 11 Azərbaycan universitetlərinin nümayəndələri iştirak edirlər. Təlimlərin məqsədi proqram təminatının qurulması, keyfiyyət təminatı sisteminin fəaliyyətinə nəzarət edən xüsusi portalın işləmə mexanizminin öyrənilməsi, ESG standartlarının müzakirəsi və bu sahədəki mövcud çatışmazlıqlar və inkisaf istiqamətlərinin müəyyənləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, toplantıda Mingəçevir Dövlət Universitetini EQAC layihəsinin universitet üzrə meneceri, Beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədova, layihə üzvü Karyera Mərkəzinin direktoru Üzeyir Zeynalov və universitetin İnformasiya Texnologiyaları Mərkəzinin “Unibook” – elektron təhsil sistemi üzrə nümayəndəsi Elçin Tağıyev təmsil ediblər.

{phocagallery view=category|categoryid=142|limitstart=0|limitcount=0}