2025-ci ilin 17 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən İdman Klubunun təşkilatçılığı ilə, TGT ilə “Bir Könüllü” Tələbə Təşkilatı arasında basketbol üzrə yarış keçirilib.
Tələbə gənclərin fikizi hazırlığının artırılması, komanda ruhunun inkişaf etdirilməsi, sağlam həyat tərzinə təşviq və onların birliyinin artırılması məqsədilə təşkil edilmiş yarışda MDU-nun rektoru Anar Eminov, universitetin bir qrup əməkdaşı və tələbələr iştirak ediblər.
Rəqabətli və gərgin mübarizə şəraitində keçən oyunun üç turunun ümumi nəticəsinə əsasən 18:16 hesabı ilə MDU TGT-nin basketbol komandası qalib olub.
Tələbələri təbrik edən rektor A.Eminov təşkil edilmiş yarışın tələbələr arasında həm idman bacarıqlarını nümayiş etdirmək, həm də dostluq və əməkdaşlıq əlaqələrini gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib
Sonra, komandalar medal və diplomla təltif edilib, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, MDU-da tələbələrin intellektual və fiziki inkişafını dəstəkləyən bu kimi tədbirlərin təşkili daim diqqət mərkəzində saxlanılır və tələbələrin aktiv iştirakı ilə uğurla həyata keçirilir.