MDU və CPC MMC arasında əməkdaşlıq məsələləri müzakirə olunub

  • Post category:Karyera

Oğuz rayonunda fəaliyyət göstərən Qarğıdalı Emalı Müəssisəsinin (CPC MMC) İnsan resursları və inzibati şöbəsinin müdiri Nofəl Çərkəzzadə Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin bir qrup inzibati heyət üzvü ilə görüşüb.

MDU-da kadr hazırlığı aparılan ixtisaslar barədə məlumat verən universitetin əməkdaşları məzunların karyera imkanlarının artırılmasında, əmək bazarına sürətli inteqrasiyasında maraqlı olduqlarını bildiriblər.

CPC MMC-nin fəaliyyəti, məhsul istehsalı və satışı, əməkdaşlıq istiqamətləri və karyera inkişafı üçün burada yaradılan imkanlardan bəhs edən N.Çərkəzzadə müəssisənin kadr ehtiyaclarından danışıb və MDU ilə əməkdaşlığın potensial istiqamətləri barədə təkliflərini diqqətə çatdırıb.

 Qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə keçən görüşdə tələbə ekskursiyalarının, yay təcrübə proqramının və istehsalat təcrübəsinin təşkili, məzunların işə düzəlməsi və digər  istiqamətlərdə müvafiq ilkin razılıqlar əldə olunub.