Mingəçevir Dövlət Universitetində ( MDU) “Gender əsaslı peşə ayrı-seçkiliyinin aradan qaldırılması” mövzusunda tədbir keçirilib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində keçirilən tədbir “Əməyin mühafizəsi, sağlamlığı və zorakılıq və qısnama: gender perspektivi” mövzularında maarifləndirmə hədəfi daşıyıb. Bu təlimdə işçi hüquqlarının qorunması, iş mühitində təhlükəsizlik və sağlamlıq mövzuları gender aspektində müzakirə edilib. Eyni zamanda, qadınların texniki təhsil və karyera sahələrində üzləşdikləri çətinliklərin necə aradan qaldırıla biləcəyi barədə ‘tələbələr əməkdaşlar məlumatlandırılıb.

Bu maarifləndirici tədbirin əsas məqsədlərindən biri Azərbaycanda texniki təhsil sahəsində gender balansını təşviq etmək və peşəkar karyerada qadınların daha aktiv iştirakını dəstəkləmək olub. Tədbirdə çıxış edən Dünya Bankının Xarici Əlaqələr üzrə Müşaviri Zaur Rzayev, texniki və peşə təhsilində gender əsaslı fərqliliklərin aradan qaldırılmasının vacibliyini vurğulayaraq, bu sahədə daha çox dəstəyin göstərilməsinin zəruriliyini qeyd edib.

Dünya Bankının Gender üzrə Baş Məsləhətçisi Şəmsiyyə Mustafayeva isə, “Əməyin mühafizəsi, sağlamlıq və zorakılıqla mübarizə: gender perspektivi” mövzusunda çıxış edərək, gender bərabərliyi üçün hüquqi və sosial müdafiə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini izah edib. O, həmçinin qadınların peşə sahələrində qısnama və zorakılığa məruz qalmalarının qarşısını almaq üçün xüsusi proqramların inkişaf etdirilməsinin vacibliyini bildirib.

Tədbir, gender əsaslı peşə ayrı-seçkiliyinin aradan qaldırılması sahəsində yeni imkanlar və perspektivləri araşdırmaq üçün müzakirələr və təcrübə mübadiləsi ilə davam edib. Təlim və diskussiyalar Azərbaycanda texniki təhsil sahəsində qadınların daha geniş iştirakını təmin etmək üçün nəzərdə tutulan strategiyaların reallaşdırılmasına dair əhəmiyyətli təkliflər irəli sürülüb.

Bu tədbir, həmçinin Mingəçevir Dövlət Universitetinin gender bərabərliyinin təşviqi sahəsində göstərdiyi səylərin bir hissəsi olaraq, tələbələr və müəllim heyəti üçün də dərin təcrübə qazandıran platforma yaradıb.