Mingəçevir Dövlət Universiteti tədris prosesinin keyfiyyətinin artırılması və tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsi məqsədilə peşəkar və ixtisaslı kadrların cəlb olunması üçün “İngilis dili müəllimi” vakansiyası üzrə müraciət qəbul edir.
Vakant vəzifələrə müraciət edən namizədlərə tələblər:
- İxtisas profilinə uyğun istehsalat sferasında təcrübəyə (minimum 3 illik), müvafiq elmi ad və dərəcələrə malik olan şəxslər müraciət edə bilər;
- Tədrisin təşkili ilə bağlı bacarıqlara malik olması;
- Tədris texnologiyalarından (office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığının olması;
- Akademik səviyyədə İngilis dilini bilmək;
- Vəzifənin etik davranış qaydalarına sadiqlik.
Tələb olunan sənədlər:
- CV və ya rezume;
- ali təhsili təsdiq edən sənədlərin surəti;
- Silabus
- dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər varsa).
Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Qeyd: Müraciət edən namizədlər arasında uyğun olanlar müsahibədən öncə İngilis dili üzrə səviyyə imtahanda iştirak edəcəklər.
Tələblərə cavab verən namizədlər 2025-ci ilin 5 avqust tarixinədək müraciətin başlıq hissəsinə “İngilis dili müəllimi” yazaraq hr@mdu.edu.az elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.