Mingəçevir Dövlət Universitetinin #EVDƏQAL çağırışına
qoşulan tələbələri yeni videoçarx hazırlayıblar
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə #EVDƏQAL çağırışına qoşularaq maraqlı videoçarx hazırlayıblar. Qeyd edək ki, MDU-nun “Ekologiya mühəndisliyi” ixtisası üzrə sonuncu kursda təhsil alan həmin tələbələr sözügedən idarədə istehsalat təcrübəsi keçirlər.