Mingachevir State University insan resursları sahəsində təcrübəli və peşəkar namizədlər üçün İnsan resursları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri, mükafatlandırma, intizam tənbehi və işdən azad olunma proseslərini qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və yeniləmək;
- Məlumat bazasında dəyişiklikləri və yenilikləri qeyd etmək;
- Məzuniyyət cədvəlini tərtib və nəzarət etmək;
- Məzuniyyət və ezamiyyət sənədlərini hazırlamaq və qeydiyyata almaq;
- İş fəaliyyəti üzrə dövri hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək;
- Kadrlar üzrə hesabatlar tərtib etmək;
- Yeni təyinatlar, qeyri-iş günləri, bayram və ad günləri ilə bağlı e-mail bildirişlər göndərmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (insan resursları, idarəetmə və ya yaxın sahələr üzrə);
- İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi (ali təhsil müəssisəsində müvafiq təcrübə üstünlükdür);
- AR Əmək Məcəlləsinə dair biliklər və bu sahədə praktiki təcrübə;
- Sənədləşdirmə və rəsmi yazışmaları yüksək səviyyədə icra etmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Kompüter proqramlarında (MS Office) əla səviyyədə bilik;
- İşgüzar etikaya riayət;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (İngilis və rus dilləri üstünlükdür);
- Kreativ, ünsiyyətcil və inkişaf yönümlü olmaq.
Müraciət Qaydası:
Tələblərə uyğun namizədlərdən CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” yazmaqla hr@mdu.edu.az ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 10 avqust 2025-ci il