MDU-da ikili diplom proqramları üzrə fəaliyyət davam edir

Mingəçevir Dövlət Universiteti (MDU) beynəlxalq təhsil sahəsində əhəmiyyətli addımlar atmağa davam edir. Universitetimiz tələbə və müəllim mübadiləsini artırmaq məqsədi ilə bir sıra yerli və xarici universitetlərlə ikili diplom proqramları sahəsində əməkdaşlıq qurulması istiqamətində işlər görülür.

Hal-hazırda, ikili diplom proqramlarının icrası ilə bağlı MDU beş Avropa Universiteti ilə birgə işlər aparır: Polşanın Bıdqoş İqtisad Universiteti (WSG Bydgoszcz University), Latviyanın RISEBA Tətbiqi Elmlər Universiteti (The RISEBA University of Applied Sciences), İtaliyanın Foccia Universiteti (University of Foggia), İspaniyanın Leon Universiteti (Universidad de Leon) və Sloveniyanın Primorsk Universiteti (University of Primorska). Bundan əlavə, Türkiyə Respublikasının 5 nüfuzlu universiteti ilə də əməkdaşlıq qurulmuşdur: Ankara Hacı Bayram Veli Universiteti, Qazi Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik Universiteti və Kayseri Universiteti.

MDU Erasmus+ proqramları çərçivəsində bu universitetlərlə tələbə və müəllim mübadiləsini artırmaq və maliyyələşmə üçün müraciətlər etmişdir. Bu addımlar universitetimizin beynəlxalqlaşma prosesində mühüm mərhələni təşkil edir.

Əlavə olaraq, hazırda əməkdaşlıq edilən universitetlər, o cümlədən İspaniyanın Valyadolid Universiteti (UvA University of Valladolid), Sloveniyanın Nova Gorica Universiteti (Nova Gorica University), Rumıniyanın Timişoara Politexnik Universiteti (Timisoara Polytechnical University) və Braşovun Transilvaniya Universiteti (Transilvania University of Brasov) ilə əməkdaşlıq müddətləri uzadılmışdır. Bu əməkdaşlıqların davam etdirilməsi MDU-nun beynəlxalq əlaqələrini daha da gücləndirəcək və tələbələrimizə geniş təhsil imkanları yaradacaqdır.

Bundan əlavə, Latviyanın Riga Texniki Universiteti (Riga Technical University) və RISEBA Tətbiqi Elmlər Universiteti (The RISEBA University of Applied Sciences) ilə anlaşma memorandumlarının imzalanması müzakirə mərhələsindədir. Bu memorandumlar MDU-nun ikili diplom proqramları sahəsində daha geniş imkanlar əldə etməsinə şərait yaradacaqdır.

Mingəçevir Dövlət Universiteti olaraq, beynəlxalq təhsil sahəsində atdığımız bu əhəmiyyətli addımların tələbələrimiz və müəllimlərimiz üçün yeni imkanlar yaradacağına inanırıq. MDU-nun beynəlxalq əməkdaşlıqlarının genişlənməsi və inkişafı istiqamətindəki işləri davam etdirəcəyik.

Universitetdə tələbə və müəllimlərin mübadiləsini artırmaq məqsıdi ilə beş Avropa Universiteti, Polşanın Bıdqoş İqtisad Universiteti (WSG Bydgoszcz University), Latviiyanın RISEBA Tətbiqi Elmlər Universiteti ( The RISEBA University of Applied Sciences),  İtaliyanın Foccia Universiteti ( University of Foggia) , İspaniyanın Leon Universiteti  (Universidad de Leon) və Sloveniyanın Primorsk Universiteti (University of Primorska) və Türkiyə Respublikasının  iki universiteti (Ankara Hacı Bayram Veli Universiteti, İstanbul Gedik Universiteti və Kayseri Universiteti) ilə Erasmus+ proqramlarında iştirakla bağlı maliyyələşmə üçün müraciətlər olunmuşdur. Hazırda əməkdaşlıq edilən universitetlərlə isə ( UvA University of Valladolid in Spain, Nova Gorica University in Slovenia, Timisoara Polytechnical University in Romania, Transilvania University of Brasov in Romania) əməkdaşlıq müddəti uzadılmışdır.

Hazırda Latviyanın Riga Texniki Universiteti (Riga Technical University) və RISEBA Tətbiqi Elmlər Universiteti ( The RISEBA University of Applied Sciences) ilə anlaşma memorandumlarının imzalanması müzkirə olunur.