İspaniya Krallığının Valladolid Universiteti sənəd qəbulu elan edir

İspaniya Krallığının Valladolid şəhərində yerləşən Valladolid Universiteti sənəd qəbulu

elan edir (tələbə və magistrantlar üçün)

Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Valladolid universiteti tələbə-müəllim mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna başladı. Qeyd etmək lazımdır ki, Mingəçevir Dövlət Universiteti İspaniya Krallığının Valladolid universiteti ilə Erasmus+ proqramı çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə ikili saziş bağlamışdır. Proqram çərçivəsində 2021/2022-ci tədris ili üçün bütün təhsil pillələri üzrə (bakalavr, magistratura və doktorantura) tələbə mübadiləsi həyata keçiriləcəkdir. Tələbələr proqram çərçivəsində bir və ya iki semestr ərzində Valladolid universitetində təhsil ala bilərlər. Universitetdə tədris ispan və ingilis dilində aparılır. Mübadilə ilə bağlı bütün xərclər Erasmus+ təqaüdü hesabına ödəniləcəkdir. Proqramda iştirak etmək istəyən tələbələr aşağıdakı tələblərə cavab verməlidir:

I, II, III kurs tələbəsi olmaqla– minimum orta qiymət 75 olmalı, (magistrlər üçün 80); İngilis və ya ispan dillərini B2 səviyyəsində bilməsi tələb olunur.

Təqaüd üçün aşağıda verilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazimdır.

https://uvamobplus.uva.es/publico/inicio

Tələb olunan sənədlər:

https://uvamobplus.uva.es/files/61356/31/CALL_2_EN.pdf”

Proqramla bağlı daha ətraflı məlumat almaq istəyənlər Beynəlxalq Əməkdaşlıq ofisininə müraciət edə bilərlər. Proqrama müraciət üzrə son tarix 16 aprel 2021-ci ildir.

İspaniya Krallığının Valladolid şəhərində yerləşən Valladolid Universiteti sənəd qəbulu elan edir

(əməkdaşlar üçün)

Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığının Valladolid universiteti tələbə-müəllim mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna başladı. Qeyd etmək lazımdır ki, Mingəçevir Dövlət Universiteti İspaniya Krallığının Valladolid universiteti ilə Erasmus+ proqramı çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə ikili saziş bağlamışdır. Proqram çərçivəsində 2021/2022-ci tədris ili üçün əməkdaş mübadiləsi həyata keçiriləcəkdir. Proqram çərçivəsində akademik və inzibati heyət 5 gün müddətində Valladolid Universitetində təlimlərdə və pedoqoji fəaliyyətlərdə iştirak edə bilərlər. Universitetdə tədris ispan və ingilis dilində aparılır. Mübadilə ilə bağlı bütün xərclər Erasmus+ təqaüdü hesabına ödəniləcəkdir. Proqramda iştirak etmək istəyən əməkdaşlardan ingilis və ya ispan dillərini C1 səviyyəsində bilməsi tələb olunur.

Təqaüd üçün aşağıda verilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazimdır.

https://uvamobplus.uva.es/

Tələb olunan sənədlər:

https://uvamobplus.uva.es/files/61356/CALL_INCOMING_2021_EN.pdf

https://uvamobplus.uva.es/files/61356/Sellado_Correccin_Errores_1.pdf

Proqramla bağlı daha ətraflı məlumat almaq istəyənlər Beynəlxalq Əməkdaşlıq ofisininə müraciət edə bilərlər. Proqrama müraciət üzrə son tarix 16 aprel 2021-ci ildir.

Ətraflı məlumat üçün əlaqə: iro@mdu.edu.az