Milli Karyera Həftəsi layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində fərdi konsultasiyalar keçirilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən təşkil edilən Milli Karyera Həftəsi layihəsi çərçivəsində 5 dekabr 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetində fərdi konsultasiyalar keçirildi.

Bu konsultasiyalar Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşları Sura Əzizli və Nərgiz Bayramova tərəfindən aparıldı. Təhsildən sonrakı müddətdə karyera inkişafına nail olmaq üçün seçilmiş tələbələrlə fərdi görüşlər keçirildi və onlara dəyərli məsləhətlər verildi.

Bu tədbir, tələbələrin gələcək karyeralarını planlaşdırmaq və inkişaf etdirmək üçün əhəmiyyətli bir fürsət oldu.