Mingəçevir Dövlət Universitetinin Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə 27 may 2025-ci il tarixində 28 may Respublika Gününə həsr olunmuş “Dayanıqlı turizm və ətraf mühit” mövzusunda gənc tədqiqatçıların I elmi-praktiki konfransı keçiriləcəkdir.
Konfransa aşağıdakı istiqamətlər üzrə məqalə və tezislər qəbul edilir:
- Turizmin növləri və inkişaf istiqamətləri
- Azərbaycanda turizmin inkişaf perspektivləri
- Azərbaycanda qonaqpərvərlik və qida sənayesi
- Azərbaycanın təbii şəraiti
- Ətraf mühit və onun turizmə təsiri
- Ətraf mühitin mühafizəsi
Məqalə və tezislərin tərtibinə qoyulan tələblər aşağıdakılardır:
- məqalə və tezislər azərbaycan, ingilis və rus dillərindən birində təqdim olunur;
- mətn A4 formatında (210×297 mm), Times New Roman şrifti ilə yığılır (şriftin ölçüsü-12 pt; sətirlərarası interval-1,5 sm; abzas-1 sm; boş sahələr-hər tərəfdən 2 sm);
- məqalə və ya tezisin həcmi 5 səhifədən artıq olmamalıdır;
- mətnin ilk sətrində mərkəzdə məqalə və ya tezisin adı (böyük hərflərlə, qalın şrift ilə), növbəti sətirlərdə müəllifin adı, atasının adı və soyadı (tam açıq şəkildə, kiçik hərflərlə, qalın şrift ilə), universitetin adı, bakalavr / magistr, elektron ünvan, əlaqə telefonu, elmi rəhbərin adı soyadı yazılmalıdır;
- məqaləyə xülasə (minimum 100 söz) və açar sözlər 3 dildə (azərbaycan, ingilis və rus dillərində) yazılır;
- açar sözlərdən sonrakı sətirdə məqalə və ya tezisin əsas mətni yazılır;
- mətnin sonunda istifadə edilmiş ədəbiyyat siyahısı əlifba sırası ilə verilir. İstinad olunmuş ədəbiyyatın nömrəsi mətndə kvadrat mötərizədə göstərilir: məsələn, [5].
Məqalə və tezislər 23 may 2025-ci il tarixinədək elektron variantda lala.ahmadova.a@mdu.edu.az ünvanına göndərilməlidir.
Konfransın keçirilmə yeri MDU-nun Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzi, 108-ci otaq