MDU faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konfransda təmsil edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Faşizm üzərində qələbədə imzamız” mövzusunda gənc alim və tədqiqatçıların Respublika elmi konfransı keçirilib. Tədbir faşizm üzərində qələbənin 80 illiyinə həsr olunub.

Konfransın açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov çıxış ediblər.

Respublika elmi konfransında Mingəçevir Dövlət Universitetini magistrant Lamiyə Cavadova, tələbələrdən Sədiqə Sadıqova, Xədicə Məmmədova və Arzu Quliyeva uğurla təmsil ediblər. Onlar konfransda məruzəçi qismində çıxış edərək müxtəlif mövzularda tədqiqat işlərini təqdim ediblər. Təqdim olunan məruzələr təşkilatçılar və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, konfransda respublikanın 11 ali təhsil müəssisəsindən olan bakalavr, magistr və doktorant pilləsində təhsil alan 35 gənc tədqiqatçının tezisləri dinlənilib. Tədbirin əsas məqsədi gənc alimlərin elmi fəaliyyətini təşviq etmək və onların elmi potensialının üzə çıxarılmasına dəstək göstərmək olub.