MDU-da “Yeni Dövrdə Təhsil və Tədqiqat Fəaliyyəti: Reallıqlar və Çağırışlar” mövzusunda keçirilən konfrans çərçivəsində bölmə iclasları uğurla işini davam etdirir

MDU-da “Yeni Dövrdə Təhsil və Tədqiqat Fəaliyyəti: Reallıqlar və Çağırışlar” mövzusunda keçirilən konfrans çərçivəsində bölmə iclasları uğurla təşkil olunub. 3 bölmə üzrə ümumilikdə 11 sektorda davam edən iclaslarda təhsil və tədqiqat sahəsində qarşıya çıxan aktual məsələlər müzakirə edilmiş, müasir yanaşmalar və həll yolları təklif edilmişdir. Tədbir iştirakçıları, həmçinin təcrübə mübadiləsi edərək, elmi və tədris fəaliyyətində yenilikçi modellərin tətbiqi imkanlarını araşdırmışlar.

Konfrans çərçivəsində keçirilən bölmə iclaslarında müxtəlif sahələr üzrə alimlər, tədqiqatçılar və mütəxəssislər bir araya gələrək, təhsil və tədqiqatda yeni çağırışlarla bağlı fikir mübadiləsi aparmışdır. Tədbir, təhsil və elm sahəsində gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaratmaq baxımından böyük əhəmiyyət kəsb edir.