MDU-da “Korrupsiyaya qarşı mübarizənin əsasları” mövzusunda elmi-praktik seminar keçirilib

2025-ci ilin 3 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Korrupsiyaya qarşı mübarizənin əsasları” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarı giriş nitqi ilə açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev korrupsiyanın dövlətin inkişafına, cəmiyyətin rifahına və sosial ədalətə vurduğu zərərləri vurğulayıb. O bildirib ki, korrupsiyanın aradan qaldırılması üçün dövlətin hüquqi bazasının möhkəmləndirilməsi və ictimai nəzarətin gücləndirilməsi vacibdir.

Seminarda MDU-nun hüquqşünası Polad Atayev “Korrupsiyaya qarşı mübarizənin hüquqi bazası və Milli Fəaliyyət Planının əsas istiqamətləri”, Tədris şöbəsinin baş mütəxəssisi Günel Baxşıyeva “MDU-da işə qəbulla bağlı şəffaflığın təmin olunması və ictimai nəzarət tədbirlərinin tətbiqinin genişləndirilməsi” mövzularında məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra korrupsiya ilə bağlı videoçarx nümayiş olunub.

Seminarın sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb və korrupsiyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini bir daha vurğulayıblar.

Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir. Seminarın məqsədi korrupsiyanın mənfi təsirlərinə diq alınmasına dair hüquqi və praktiki tədbirləri müzakirə etm qət çəkmək və onun qarşısının kəsmək olub.