2022-ci ilin 25 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilib. Təlimdə universitetin tələbə və magistrantları iştirak ediblər.
MDU-nun II kurs magistrantı Şahlar Mirzalıyev təqdimatla çıxış edərək ideyanın formalaşması və layihəyə uyğunlaşdırılması, layihənin yazılması mərhələləri və idarə edilməsi xüsusiyyətləri barədə ətraflı məlumat verib və tələbələrin suallarını cavablandırıb.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.