Mingəçevir Dövlət Universitetində (MDU) “Dünya Valyuta Sisteminin təkamülü” mövzusunda elmi seminar keçirilmişdir

MDU-nun İqtisadiyyat ixtisasları üzrə təhsil alan magistrantları üçün keçirilən tədbirin məruzəçisi Rüstəmzadə Elmir, valyuta sistemlərinin inkişaf tarixi, beynəlxalq maliyyə bazarlarının bugünkü vəziyyəti və gələcəkdə valyuta bazarlarında baş verə biləcək mümkün dəyişikliklər haqqında geniş məlumat verib.  

Milli Aviasiya Akademiyasının İqtisadiyyat kafedrasının professoru Sadiqov Elnur, Rüstəmzadə Elmirin elmi rəhbəri olaraq araşdırmasının əhəmiyyətini vurğulayıb və mövzu üzrə qlobal trendləri müzakirə edib.

Tədbirdə çıxış edən MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinin müdiri Vəfa Məhərrəmova elmi seminarların tələbələrin tədqiqat bacarıqlarının inkişafı üçün mühüm platforma olduğunu vurğulayıb. V. Məhərrəmova  bu cür seminarların magistrantların elmi fəaliyyətini stimullaşdırdığını, onların beynəlxalq mühitdə daha yaxşı inteqrasiya olunmalarına kömək etdiyini qeyd edib.

Seminarın təşkilatçısı MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzi olmuşdur və qonaq magistrantın təqdimatı magistrantlar və müəllimlər tərəfindən yüksəək qiymətləndirilib. Tədbirdə elmi seminarlar vasitəsilə tələbələrin peşəkar biliklərinin genişləndirilməsi və elmi tədqiqatların dəstəklənməsinin əhəmiyyəti xüsusi qeyd edilib. Tədbirin sonunda tələbələr məruzəçiyə suallar ünvanlayıb, mövzu ətrafında maraqlı və interaktiv müzakirələr aparıblar.