2024-cü il martın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəlik ili” çərçivəsində magistrantların “Elm Günü”nə həsr olunmuş hibrid formatlı VI elmi-nəzəri konfransının bölmə iclasları keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil edilən 7 onlayn bölmə (Humanitar elmlər; Pedaqogika və dillər; Riyaziyyat və informatika; Energetika və nəqliyyat; nformasiya texnologiyalari və ekologiya; İqtisadiyyat; Biznesin idarə edilməsi) iclasında MDU ilə yanaşı digər ali təhsil müəssisələrindən magistrantlar iştirak edib.
Bölmə iclaslarında magistrantlar “Yaşıl dünya naminə həmrəylik ili”, Dayanıqlı inkişaf strategiyaları, turizmin davamlı inkişafı, humanitar elmlərdə yeni tendensiyalar, Vətən müharibəsi və Qarabağda quruculuq işləri, süni intellekt imkanlarının müxtəlif sahələrdə tətbiqi və digər mövzularda məruzələr ilə çıxış ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında aparılan müzakirələrdən sonra elmi-nəzəri konfransın işinə yekun vurulub.
Qeyd edək ki, hər il “Elm Günü” münasibətilə ənənəvi olaraq keçirilən magistrantların elmi nəzəri konfransında ümumilkdə 160-a yaxın tezis və məqalə daxil olub.