Mingəçevir Dövlət Universitetində “Beş Məktub” kitabının təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Əfqan Dönməz və Rəvanə Nəsibovanın həmmüəllif olduqları “Beş Məktub” kitabının təqdimat mərasimi keçirilib. Tədbir universitetin Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərovanın giriş sözü ilə açılıb.
Təqdimat zamanı kitab müəllifləri Əfqan Dönməz və Rəvanə Nəsibova öz təəssüratlarını bölüşüblər. Kitabın redaktoru, filologiya üzrə fəlsəfə doktoru Günel Yunusova isə əsərin məziyyətlərindən və onun gənclər üçün əhəmiyyətindən bəhs edib.
Təqdimatın digər məruzəçiləri, filologiya üzrə fəlsəfə doktoru Pərvin Hüseynova “Beş Məktub” kitabı haqqında dərin düşüncələrini paylaşıb. Həmçinin, tələbələr Bəyim Sadıqzadə, Rəvan Abdullayev və Nurlana Abdullayeva kitabın müxtəlif məqamlarını öz baxış bucağından təqdim ediblər.
Tədbirin sonunda geniş müzakirələr aparılıb. Tədbir iştirakçıları kitabın gənc nəsildə maarifləndirici təsir gücünə malik olduğunu vurğulayıblar.
Bu cür təşəbbüslər Mingəçevir Dövlət Universitetində kitab oxuma mədəniyyətinin təşviqinə və gənclərin intellektual inkişafına töhfə verir.