Ali təhsil müəssisələrinin kitabxanalarının sorğusuna əsasən, onların profilinə uyğun, tələbə, professor və müəllim heyəti tərəfindən daha çox ehtiyac duyulan ümumilikdə 404 adda, 622 nüsxə elmi, bədii və tədris ədəbiyyatı Mübadilə-ehtiyat fondundan seçilərək təhvil verilib. Hədiyyə olunmuş kitablar arasında müxtəlif elm sahələrinə dair BDU alimlərinin müəllifi olduqları və BDU-nun “Nəşr Evi”ndə çap olunan fundamental dərslik və dərs vəsaitləri, o cümlədən son illərin nəşri olan 2 cildlik “Azərbaycan tarixi”, “Heydər Əliyev: il, ədəbiyyat və incəsənət” kitabları və “Heydər Əliyev – 100” bibiloqrafik məlumat kitabı xüsusi yer tutur.
Kitabxana işi, informasiya təhlükəsizliyi, kimya mühəndisliyi, biotexnologiyaya dair dərsliklər, iqtisadiyyat, makro və mikroiqtisadiyyata aid ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş beynəlxalq miqyaslı akademik nəşrlər hər iki ali təhsil müəssisəsinin tədris prosesinə əsaslı informasiya dəstəyi göstərəcək.
Mingəçevir Dövlət Universitetinin (MDU) rəhbərliyi Bakı Dövlət Universitetinin (BDU) rektoru hörmətli Elçin müəllim başda olmaqla bütün kollektivinə təşəkkürünü bildirir.