MDU-da “Strateji idarəetmə və korporativ mədəniyyət” mövzusunda ustad dərs keçirilib

23 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Biznes və menecment kafedrasının müdiri dosent Emilia Hüseynovanın təşkilatçılığı və Təcrübə və Karyera İnkişafı Mərkəzinin müdiri Nuran Cəfərovun iştirakı ilə Menecment ixtisasının Mt21 nömrəli qrupunda ustad dərs təşkil olunub.

“Strateji idarəetmə və korporativ mədəniyyət” mövzusunda keçirilən dərsə əmək bazarının nümayəndələri – Dəmir Beton Məmulatı Zavodunun direktoru Rafiq Paşayev və Mingəçevir Tekstil MMC-nin sahə rəisi Hüseyn Həşimov dəvət olunmuşdur.

Təcrübəli məruzəçilər tələbələrlə öz peşəkar təcrübələrini bölüşərək strateji idarəetmənin xüsusiyyətləri, həyata keçirilməsi strategiyaları və bu prosesdə qarşıya çıxan real çağırışlar haqqında geniş məlumat veriblər. Onlar həmçinin, strateji məqsədlərə çatmaqda və dayanıqlı inkişafı təmin etməkdə korporativ mədəniyyətin əhəmiyyətini xüsusi vurğulamış, bu istiqamətdə uğur qazandıran nümunəvi yanaşmaları paylaşmışlar.

Ustad dərs tələbələrin nəzəri biliklərini praktik biliklərlə birləşdirmək baxımından əhəmiyyətli olmuş və onların gələcək karyera planlamalarına dəyərli töhfələr vermişdir.