MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elmi-praktiki seminar keçirilib

2024-cü il 27 dekabr tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Bu günün şagirdləri gələcəyin müəllimləridir” mövzusunda elmi-praktiki seminar baş tutub. Seminarın əsas məqsədi məktəblilərin elmi araşdırmalara marağını artırmaq və onların pedaqoji potensialını inkişaf etdirmək olub.

Seminar çərçivəsində məktəblilərin müxtəlif tədris mövzularına dair elmi məruzələri dinlənilib. Təqdimatlar, həmçinin şagirdlər arasında bilik və təcrübə mübadiləsi üçün səmərəli bir platforma olub.

Tədbirin sonunda iştirakçılar təcrübələrini bölüşərək təhsil sahəsində belə təşəbbüslərin davamlı təşkil olunmasının əhəmiyyətini vurğulayıblar. Təqdimatlar həm elmi yanaşma, həm də interaktiv tədris üsulları ilə diqqət çəkib. Bu seminar, şagirdlərin gələcəkdə uğurlu pedaqoqlar və tədqiqatçılar kimi yetişməsi üçün bir stimul olub.