You are currently viewing MDU-nun iştirak etdiyi Erasmus+ layihəsinin icrası ilə bağlı məlumat günü keçirilib

MDU-nun iştirak etdiyi Erasmus+ layihəsinin icrası ilə bağlı məlumat günü keçirilib

16 dekabr 2024-cü il tarixdə Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilən “Şərq, Mərkəzi Asiya və Asiyada qonşuluğu ölkələrində təhsil və innovasiya vasitəsilə ikili yaşıl və rəqəmsal keçidlərin təşviq edilməsi” (Fostering Dual Green and Digital Transitions through Education and Innovation in the Neighbourhood East, Central Asia, and Asia)”  Green Tech Horizon  layihəsi ilə bağlı görüş keçirilib.

Görüşdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib.  2024-cü ilin 28-29 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində Əl-Farabi Qazax Milli Universitetində keçirilmiş açılış mərasimində iştirak etmiş MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin koordinatırı Samirə Əhmədova layihə barədə ümumi məlumat verərək  layihənin əsas məqsədləri və iş planı haqqında ətraflı məlumat verib.

Innovativ yanaşmanı təşviq edən  yeni layihənin əsas məqsədi Azərbaycan, Qazaxıstan və Monqolustandan olan 8 ali təhsil müəssisəsində mövcud kurikulumları modernləşdirməklə innovativ səriştəyönümlü təlim ekosisteminin dizayn edilməsi, səriştəyönümlü kurikulum modelinin inkişafı və sınaqdan keçirilməsi və bu modelə uyğunlaşdırılmış e-təlim kursları da daxil olmaqla e-Learning ekosistemi yaratmaqdan ibarətdir.