Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  30 Noyabr  “Beynəlxalq İnformasiya Təhlükəsizilyi Günü” münasibətilə “Yaşıl dünya və kiber gələcək: innovasiya və təhlükəsizlik ” mövzusunda IV tələbə elmi-praktik konfrans təşkil olunub

2024-cü ilin 2 dekabr tarixində Mingəçevir Dövlət Universiteti(MDU), Qazi Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Biznes Universitetinin birgə təşklatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  “30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizilyi Günü” münasibətilə “Yaşıl dünya və kiber gələcək: innovasiya və təhlükəsizlik ” mövzusunda onlayn şəklində IV tələbə elmi-praktik konfrans təşkil olunub.

Konfransın açılışında Qazi Universitetinin rektoru Uğur Ünal, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Mingəçevir Dövlət Universitetinin rektoru v.m.i.e. Üzeyir Zeynalov, Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydərov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədri Elvin Balacanov, Azərbaycan Kibertəhlükəsizlik Platformasının icraçı direktoru Şahin Əliyev çıxış ediblər. Açılış nitqlərində informasiya təhlükəsizliyinin aktuallığından, bu sahədə müasir tələblərə uyğun mütəxəssislərə ehtiyacın artmasından və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məsələlərindən bəhs edilib, konfransın önəmi vurğulanıb.

Konfransda Gazi Üniversitesi, Büyük Veri ve Yapay Zeka Merkez Müdürü Prof. Dr. M. Ali Akcayol “Derin Öğrenme Mimarileri”, Bakı Biznes Universiteti, İnformasiya texnologiyaları kafedrasının müdiri tex.f.d. Rahib İmamquluyev “Qeyri-Səlis Məntiq əsasında Şəbəkə Trafikinin Təhlükəsizlik Analizi”, Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları kafedrasının müdiri tex.f.d., dos. Aidə Mustafayeva “Davamlılıq və kibertəhlükəsizlik: yaşıl infrastrukturun qorunması”, Azərbaycan Texniki Universiteti, Kibertəhlükəsizlik kafedrasının doktorantı Lamiyə Qəhrəmanlı “Ağıllı elektrik təchizatı şəbəkələrində informasiya təhlükəsizliyi”, Azərbaycan Texniki Universiteti, Kibertəhlükəsizlik kafedrasının doktorantı Mahmud Əhmədov “Əşyaların İnterneti üçün süni intellekt əsaslı kriptoqrafik həllər”, Mingəçevir Dövlət Universiteti, İnformasiya texnologiyaları kafedrasının müəllimi Validə Nuriyeva “Kibertəhlükəsizlikdə Pentest: zəifliklərin və boşluqların müəyyən edilməsi”, Gazi Üniversitesi, Teknoloji Fakültesi, Bilgisayar Mühendisliği Bölüm Başkan Yardımcısı Doç. Dr. Adem Tekerek“Veri Mahremiyeti (Data Privacy Preserving) mövzularında məruzələrini təqdim ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan konfrans məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.