MDU nümayəndə heyəti Ankara Hacı Bayram Veli fakültələrində görüşlər keçirib

2023-cü il iyunun 20-də Mingəçevir Dövlət Universitetinin (MDU) Ankarada səfərdə olan nümayəndə heyəti qardaş ölkə Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Ankara Hacı Bayram Vəli Universitetinin bir qrup akademik-inzibati heyət üzvləri ilə görüşüb.

İqtisadi və idari bilimlər fakültəsinin dekanı professor Fırat Purtaş, Turizm fakültəsinin dekanı professor İrfan Yazıcıoğlu və hər iki fakültənin professor-müəllim heyətilə görüş zamanı qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, fikir mübadiləsi aparılıb. AHBVU ilə MDU arasında əməkdaşlığın inkişafı üçün mövcud olan yüksək potensialı lazımınca dəyərləndirməyin vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, MDU-nun Ankarada olan nümayəndə heyəti səfər çərçivəsində Qazi Universiteti və Ankara Hacı Bayram Vəli Universiteti ilə birlikdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfranslar təşkil olunub.