MDU nümayəndə heyəti Qazi Universitetinin Mühəndislik fakültəsinin “Məzun Günü”ndə iştirak edib

2023-cü il iyunun 20-də qardaş ölkə Türkiyənin Qazi Universitetinin Mühəndislik fakültəsində “Məzun Günü” tədbiri keçirilib.

Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti başda rektor Şahin Bayramov olmaqla Ankaraya səfər çərçivəsində Qazi Universitetinin prorektoru Ramazan Bayındırın və fakültə dekanı Rahmi Ünalın müşayətində həmin tədbirdə iştirak edib.

Fakültə məzunlarına uğurlar diləyən Ş.Bayramov yüksək akademik göstəricilərə sahib bir qrup məzuna təltiflərini təqdim edərək təbriklərini çatdırıb.