2024-cü ilin 8 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) ˝Riyaziyyat və informatika müəllimliyi˝ ixtisası üzrə təhsil alan beşinci kurs tələbələrinin təşkilatçılığı ilə pedaqoji təcrübədə olduqları Mingəçevir şəhər M.Hüseynzadə adına 3 saylı tam orta məktəbdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə MDU-nun və məktəbin müəllimləri, tələbələr, şagirdlər iştirak ediblər.
Öncə Ulu öndərin və qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
MDU-nun Rİ19.2 qrupunun tələblərini dəstəyi və təcrübə rəhbəri Səadət Aslanovanın rəhbərliyilə şagirdlər arasında bilik yarışı keçirilib. Bu müsabiqənin təşkil etməklə tələbələrimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsilə öyrədilməsinə, eyni zamanda şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılmasını təbliğ etməyə çalışıblar. Yarışda ulu öndərin həyat və fəaliyyəti, ulu öndərin rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatları əks etdirən suallar səsləndirilib. Sonda ümumi xallar əsasında müəyyən edilmiş qalib komandalar təltif olunub.
Müsabiqədən sonra şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin uşaqlıq və gənclik illərindən bəhs edən, eləcə də Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərlə bağlı mövzularda çıxışlar ediblər.
Tədbiri təşkil edən tələbələr və iştirak edən məktəblilər bu cür bilik yarışlarının və tədbirlərin keçirilməsinin onların yeni biliklər əldə etməsinə geniş imkanlar açdığnı bildiriblər.
Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.