MDU Tələbələri Beynəlxalq Startap Müsabiqəsində uğurla iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Azərbaycan Texniki Universitetində (AzTU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinin ilkin mərhələsində uğurla iştirak ediblər.

Bu müsabiqə AzTU və Pakistan İslam Respublikasının Milli Elm və Texnologiya Universiteti tərəfindən birgə təşkil olunmuşdur və ölkəmizin 10 ali təhsil müəssisəsindən ümumilikdə 22 komandanın iştirakı ilə keçirilmişdir.

MDU-nu müsabiqədə təmsil edən 3 komanda – Cyber Sapience, The Teachers və Nature Guard – həvəsləndirici mükafata layiq görülmüşdür. Bu komandalarımız yüksək intellekt və innovativ düşüncələri ilə fərqlənərək, müsabiqədə böyük uğur qazanmışlar.

Biz tələbələrimizi və onların mentorlarını ürəkdən təbrik edir və dəvətə görə AzTU-nun rektoru, dəyərli dostumuz Vilayət Vəliyevə təşəkkürümüzü bildiririk. MDU tələbələri ilə fəxr edirik!