12-13 Sentyabr 2022-ci il tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Kafedrasının təşkilatçılığı ilə “Müasir İKT Alətləri və İnteraktiv Dərs Metodları” mövzusunda 2 günlük təlim keçirildi. Təlimin məqsədi akademik heyətə MS Office Proqramları və İnteraktiv Lövhənin işləmə prinsiplərini təqdim etmək, rəqəmsal bacarıqlarını artırmaq və müəllimlər üçün yeni yanaşmalar təklif etmək idi. Təlim zamanı MS Office proqramlarının istifadəsi və interaktiv lövhələrin tədrisdə necə effektiv tətbiq olunması haqqında məlumat verildi. Təlimin məqsədi müasir tədris texnologiyalarının mənimsənilməsini təmin etmək və akademik heyətin tədris metodlarını müasir tələblərə uyğunlaşdırmaq idi. Təlimçilər: V.A. Nuriyeva, M.Y. Əsədova, L.V. İsmayılzadə, və N.K. Əhmədova olmuşdur.

Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Müasir İKT alətləri və interaktiv dərs metodları” mövzusunda 2 günlük təlim keçirilib
- Post published:14.09.2022
- Post category:MDU xəbərləri
You Might Also Like

MDU əməkdaşları Turkiyənin Orta Doğu Texniki Universitetində təlim və təcrübədə iştirak ediblər

MDU-nun Təhsil fakültəsində tələbələrin XVI elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universitetinin tələbələri Şəhidlər xiyabanını ziyarət edib

“Tyutor xidməti-2024” təlimində iştirak edənlərə sertifikatlar təqdim olunub

MDU-da şəhid məzun Əzəmi Hüseynova həsr edilmiş filmin təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində “π Günü” tədbiri keçirilib

MDU-da “Rəqəmsal bacarıqların inkişafı” mövzusunda silsilə təlimlərə start verilib
