14-15 Fevral 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Kafedrasının təşkilatçılığı ilə “MS Office 365 və Onlayn Tədris Resursları” mövzusunda 2 günlük təlim keçirildi. Təlimin məqsədi distant tədris üçün bulud əsaslı platformaların istifadəsini təmin etmək və akademik heyətin MS Office 365 alətləri ilə tədris prosesini daha effektiv şəkildə idarə etmələrini dəstəkləmək idi. Təlim zamanı MS OneNote və SharePoint ilə dərs materiallarının paylaşılması və distant tədris üçün bulud əsaslı platformaların istifadə olunması barədə geniş məlumat verildi. Təlimin əsas məqsədi pandemiya dövründə tədrisin effektivliyini artırmaq və akademik heyətin texniki bacarıqlarını gücləndirmək idi. Təlimçilər: E.O. Xəlilov və A.M. Abdurrahmanova olmuşdur.

Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “MS Office 365 və onlayn tədris resursları” mövzusunda 2 günlük təlim keçirilib
- Post published:22.02.2021
- Post category:MDU xəbərləri
You Might Also Like

Əziz abituriyentlər və subbakalavrlar! Hörmətli valideynlər!

Mingəçevir Dövlət Universitetinin tələbələri Gənclər Fondunun qrantını qazanıblar

Tarixi şəxsiyyət, görkəmli dövlət xadimi

MDU-nun kitabxanalarında Heydər Əliyevə həsr olunmuş guşələr yaradılıb

MDU-da icbari tibbi sığorta barədə maarifləndirici tədbir keçirilib

MDU-da “XXI əsr təhsil çağırışları və tələbəyönümlü tədrisin təşkili” mövzusunda təlim keçirilib

XOCALI SOYQIRIMINA TARİXİ BAXIŞ
