Mingəçevir Dövlət Universitetində (MDU) “Veb 3.0 – Gələcək Təhsil Texnologiyaları” mövzusunda təlim keçirilib

14 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Veb 3.0 – Gələcək təhsil texnologiyaları” mövzusunda təlim keçirilib. Təlimdə universitetin professor-müəllim heyəti, və texnologiyaya marağı olan digər iştirakçılar iştirak ediblər.

Təlimçi, texnologiya üzrə mütəxəssis Elvin Muradzadə iştirakçılara Veb 3.0 texnologiyalarının əsas prinsiplərini, onların təhsil sahəsində tətbiq imkanlarını və bu sahədəki qlobal trendləri təqdim edib. O, blokçeyn, süni intellekt və fərdiləşdirilmiş öyrənmə modellərinin təhsildəki perspektivləri haqqında ətraflı məlumat verib.

Təlim interaktiv formada keçib, iştirakçılar Veb 3.0-ın tədris prosesinə təsiri, rəqəmsal identifikasiya və təhsil sahəsində desentralizasiya mövzusunda müzakirələr aparıblar. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
MDU-rəqəmsal transformasiya və innovativ tədris metodlarının tətbiqi istiqamətində bu kimi tədbirlərin mütəmadi təşkilini davam etdirəcək.