Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə təlim keçirilib

12 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı
ilə  “MS Excel – MS Office” üzrə peşəkar təlim keçirilib.
Təlimdə iştirakçılara MS Excel proqramının əsas funksiyaları, məlumatların analizi, cədvəllərin yaradılması və digər faydalı xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Təlimçi Səadət Aslanova iştirakçılara praktiki nümunələr və tapşırıqlar təqdim edərək, onların proqramın sirlərini mənimsəmələrinə kömək edib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bu cür təlimlər MDU-nun təhsil prosesinin inkişafına və tələbələrin peşəkar bacarıqlarının artırılmasına yönəlmiş mühüm addımlardır.