17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədqiqat təcrübəsinə start verilmişdir. Xarici dillər kafedrasının müvafiq ixtisası Xarici dil müəllimliyi (ingilis dili üzrə) qruplarında buraxılış qruplarının tələbələri bu təcrübədə uğurla iştirak etmişdir. Təcrübənin daha səmərəli olması üçün müasir texnologiyaların və texniki resursların istifadəsi tövsiyə olunmuş, təcrübə rəhbərləri tərəfindən tələbələrə innovativ tədris metodlarından istifadə, müasir tədris alətlərinin tətbiqi və tapşırıqların daha məqsədəuyğun şəkildə optimallaşdırılması məsləhət görülmüşdür. Müasir rəqəmsal alətlərdən istifadə etməklə interaktiv dərs mühitinin yaradılması və tələbələrin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi də önəmli amillərdən biridir. Təcrübə prosesində tələbələr təkcə fənn biliklərini deyil, həmçinin pedaqoji ünsiyyət bacarıqlarını da təkmilləşdirirlər. Bu, onların gələcək müəllimlik fəaliyyətində daha hazırlıqlı və peşəkar olmasına imkan yaradır. Təcrübənin sonunda tələbələr hesabat hazırlayır və müdafiə edirlər ki, bu da onların təcrübə müddətində qazandıqları bilik və bacarıqların qiymətləndirilməsinə şərait yaradır. Beləliklə, Mingəçevir Dövlət Universitetində həyata keçirilən təcrübə proqramı tələbələrin nəzəri bilikləri praktik təcrübə ilə birləşdirməsinə, onların pedaqoji və texniki bacarıqlarını artırmasına geniş imkan yaradır.
Xarici dillər kafedrasının müvafiq “İngilis dili müəllimliyi” buraxılış ixtisas qrupları üzrə pedaqoji təcrübəsi uğurla davam edir
- Post published:12.03.2025
- Post category:MDU xəbərləri / Xarici dillər
You Might Also Like

Şahin Vaqif oğlu Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mingəçevir Dövlət Universitetinin (MDU) rektor v.m.i.e., Tədris məsələri üzrə prorektoru Üzeyir Zeynalovun Beynəlxalq Müəllimlər Günü təbriki!

MDU-da “Yaşıl Nəqliyyat: Qlobal Çağırışlar” mövzusunda elmi seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “AÇIQ QAPI” günü keçirilib

Növbədənkənar Prezident seçkiləri

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

MDU-da Anım Gününə həsr olunan mühazirə keçirilib
