You are currently viewing Mingəçevir Dövlət Universiteti sənayedə çalışan mütəxəssislər, professor-müəllim heyəti üçün 165 fənn 63 vakant yerlər üzrə qəbul elan edir

Mingəçevir Dövlət Universiteti sənayedə çalışan mütəxəssislər, professor-müəllim heyəti üçün 165 fənn 63 vakant yerlər üzrə qəbul elan edir

AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ

Mingəçevir Dövlət Universiteti sənayedə çalışan mütəxəssislər, professor-müəllim heyəti üçün 165 fənn 63 vakant yerlər üzrə qəbul elan edir

 

Mingəçevir Dövlət Universiteti kafedralar üzrə vakant professor-müəllim vəzifələrini müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.

Mingəçevir Dövlət Universiteti müasir əmək bazarının tələblərinə cavab verən, təcrübəyə əsaslanan tədrisin inkişafını prioritet hesab edərək innovativ düşüncəli və yüksək ixtisaslı kadrların, sənayedə çalışan mütəxəssislərin elmi-pedaqoji cəlb olunması məqsədilə vakant professor-müəllim vəzifələri üzrə müddətli əmək müqaviləsi əsasında işə qəbul elan edir.

Azərbaycan bölməsi üzrə müvafiq sahədə təcrübəsi olan mütəxəssis və müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

Mexanika kafedrası üzrə:

  • Yol hərəkətinin təşkilinin əsas istiqamətləri (magistratura);;
  • Avtomobil nəqliyyatının müasir problemləri (magistratura);
  • Nəqliyyat axınları nəzəriyyəsi;
  • Avtomobil konstruksiyalarının təhlükəsizliyi;
  • Şəhərin nəqliyyat planlaşdırılması;
  • Yol şəraitləri və yol hərəkətinin təhlükəsizliyi;
  • Təkərli maşınların hərəkət nəzəriyyəsi;
  • Avtomobil nəqliyyatının tarixi və metodologiyası (magistratura);
  • Nəqliyyatda informasiya texnologiyaları;
  • Yol-nəqliyyat hadisələrinin tədqiqi və avtotexniki ekspertiza;
  • Yol hərəkətinin nizamlanma üsulları və alqoritmlər;
  • Nəqliyyatda hərəkətin təhlükəsizliyi;
  • Kompüter qrafikası;
  • Yanma və patrlayış nəzəriyyəsi;
  • Fövqəladə hallarda kompleks müdafiənin əsasları;
  • Qəza xilasetmə işlərinin aparılma taktikası;
  • Mülki müdafiə və ilkin tibbi yardım;
  • Mülki müdafiə;
  • Dəmir yolları;
  • Dəmiryol nəqliyyatının hərəkət vasitələrinin elektrik avadanlıqları və enerji qurğuları.

 

Energetika kafedrası üzrə:

  • İdarəetmə nəzəriyyəsi
  • Siqnallar və sistemlər
  • Elektrik şəbəkələrinin rele mühafizəsi və avtomatikasının müasir məsələlər
  • Elektrik sistemlərinin və avadanlıqlarını mühafizəsi

 

Fizika və ekologiya kafedrası üzrə:

  • Ekoloji proqnozlaşdırma (magistratura);
  • Ekoloji təhlükəsizlik (magistratura);
  • Ekoloji menecment (magistratura);
  • Sənaye tullantılarından ətraf mühitin təmizlənməsində fiziki üsulların tətbiqi (magistratura);
  • Ekologiyanın tarixi və metodologiyası (magistratura);
  • Ekologiyanın müasir problemləri (magistratura);
  • Sahil ekosistemlərinin ekologiyası və mühafizəsi;
  • Ekoloji audit və menecment xidməti;
  • Ekoloji informasiya sistemləri;
  • Antropogen ekosistemlər;
  • Ətraf mühitin ekoloji və iqtisadi qiymətləndidrilməsi;
  • Elmi tədqiqat üsulları (təbiət elmləri üzrə).

 

İnformasiya texnologiyaları kafedrası üzrə:

  • Neyron şəbəkələr və neyrokompüter texnologiyaları;
  • Proqram mühəndisliyi;
  • Data-Mining və BIG DATA texnologiyaları;
  • Süni intellekt;
  • Sistem mühəndisliyi;
  • İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri;
  • Verilənlər bazalarının təhlükəsizliyi;
  • Bulud təhlükəsizliyi;
  • Kriptografiyanın əsasları;
  • Nüfuzetmə sınaqlarının əsasları;
  • Elektronikanın əsasları və İoT təhlükəsizliyi;
  • Rəqəmsal sistemlərə kiberhücumlar və onların qarşısının alınması;
  • Kompüter steqanoqrafiyası;
  • Mobil qurğuların informasiya təhlükəsizliyi;
  • Təhlükəsiz proqramlaşdırma (Secure programming);
  • Rəqəmsal kriminalistikanın əsasları;
  • Sənaye idarəemə sistemlərinin təhlükəsizliyi;
  • SƏTƏMM;
  • Şəbəkələrin təhlükəsizliyi;
  • Simsiz və mobil şəbəkələrə giriş (biometrik sistemlər);
  • Sistemlərin simulyasiyası;
  • Mikroprosessorlar;
  • RFİD və kompüter tətbiqləri;
  • Bulud hesablamaları və virtuallaşdırma;
  • Alqoritmin analizi və hazırlanması üsulları;
  • Mobil qurğular üçün proqramlaşdırma;
  • Mühəndislər üçün proqramlaşdırma;
  • Obyekt-yönlü proqramlaşdırma (magistratura);
  • Informasiya emalı sistemlərinin riyazi modelləri (magistratura);
  • Verilənlərin paylanmış emalı (magistratura);
  • Süni intellekt sistemləri (magistratura).

 

Riyaziyyat kafedrası üzrə:

  • Xətti cəbr və analitik həndəsə;
  • Riyaziyyatın ibtidai kursunun nəzəri əsaslarının aktual problemləri (magistratura);
  • Müqayisələr nəzəriyyəsinin elementləri və onların tətbiqləri (magistratura);
  • Kəmiyyətlərin öyrədilməsinin ümumi məsələləri (magistratura);
  • Riyazi terminlərin və anlayışların formalaşdırılması texnologiyası (magistratura);
  • İnformatikanın tədrisi metodikası;
  • Süni intelektə giriş;
  • Tətbiqi proqramlar;
  • İnformatika və təhsildə İKT;
  • İnformatikanın nəzəri əsasları;
  • Kompüter şəbəkələri və multimedia texnologiyaları;
  • İnformatika tədrisinin aktual problemləri (magistratura);
  • İnformatika tədrisinin tarix və metodologiyası (magistratura);
  • İnformatika tədrisi metodikasının elmi əsasları (magistratura).

 

Xarici dillər kafedrası üzrə:

  • Xarici dildə işgüzar və akademik kommunikasiya.

 

Humanitar fənlər kafedrası üzrə:

  • Multikulturalizmə giriş;
  • Azərbaycan dilində işgüzar və akademik kommunikasiya;
  • Fars dili;
  • Əski Azərbaycan yazısı;
  • Məntiqi və tənqidi təfəkkür;
  • Orta məktəbdə ədəbiyyat kursunda test tapşırıqlarının həlli metodikası;
  • Avropa tarixi;
  • Etika və estetika;
  • Sosiologiya;
  • Fəlsəfə.

Pedaqogika və psixologiya kafedrası üzrə:

  • Tətbiqi mexanika;
  • Elektrotexnika;
  • Qloballaşma və beynəlxalq sosial iş;
  • Keys menecment;
  • Sosial işdə idarəetmə;
  • Sosial işdə tədqiqat metodları;
  • Azərbaycanda sosial yardım sistemi;
  • Təhsil sistemində sosial iş;
  • Ədliyyə sistemində sosial iş;
  • Sosial iş təcrübəsiində etik prinsiplər;
  • Təşkilatlarla sosial iş;
  • Soaial-iqtisadi siyasət və qanunvericilik;
  • Sosial antropologiya və milli psixologiya.
  • Məktəbəqədər pedaqogikanın tarixi və metodologiyası (magistratura);
  • Məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyə işlərinin metodikası (magistratura);
  • Nitq inkişafı və onun tədrisinin aktual məsələləri (magistratura);
  • Məktəbəqədər təhsildə uşaqların öyrənmə-idrak fəaliyyətinin təşkili (magistratura);
  • Uşaqlarda ünsiyyət mədəniyyətinin formalaşdırılması (magistratura);
  • Məktəbəqədər təhsildə milli-mənəvi dəyərlər və inteqrasiya (magistratura);
  • Ekoloji dayanıqlıq və uşaq şəxsiyyətinin inkişafı (magistratura);
  • Məktəbəqədər təhsildə uşaq hüquqları və sosial müdafiə (magistratura).

 

İqtisadiyyat kafedrası üzrə:

  • Mikroiqtisadiyyat;
  • Makroiqtisadiyyat;
  • Qiymət siyasəti;
  • İqtisadiyyata giriş;
  • Rəqəmsal iqtisadiyyat;
  • Beynəlxalq iqtisadiyyat;
  • Beynəlxalq maliyyə;
  • Beynəlxalq iqitsadi münasibətlər;
  • Vergi mühasibatlığı, vergi borclarının tənzimlənməsi;
  • Vergi hüququ;
  • Yaşıl maliyyə;
  • Maliyyə uçotu;
  • İdarəetmə uçotu və korporativ qərarların verilməsi;
  • Maliyyə menecmenti;
  • Korporativ maliyyə;
  • Bank menecmenti;
  • Turizm məhsullarının idarə edilməsi;
  • Bronlaşdırma sistemləri;
  • Turizm marşurtları ekskursiya işinin təşkili;
  • Azərbaycanın turizm sənayesi;
  • Turizm inkişafının planlaşdırılması;
  • Destinasiyaların idarə edilməsi;
  • Müalicə və sağlamlıq turizmi;
  • Memarlığa giriş;
  • Dekorativ tətbiqi sənət;
  • Arxeologiya, mədəniyyət və turizm;
  • Keyfiyyət əsaslı tədqiqat metodları;
  • Kəmiyyət əsaslı tədqiqat metodları;
  • Karyera planlaması;
  • Yumşaq bacarıqlar;
  • Sərt bacarıqlar.

 

Biznes və menecment kafedrası üzrə:

  • Yaşıl iqtisadiyyat;
  • Strateji menecment;
  • Karyera planlaması;
  • Keyfiyyətin idarə edilməsi;
  • Menecment;
  • İnsan resurslarının idarə edilməsi;
  • Firmanın iqtisadiyyatı;
  • Rəqəmsal marketinq;
  • Müasir idarəetmə yanaşmaları;
  • Beynəlxalq menecment;
  • Brendinqin əsasları;
  • Marketinq tədqiqatları;
  • İdarəetmə iqtisadiyyatı;
  • Bələdiyyə idarəçiliyi;
  • Dövlət idarəçiliyində etika;
  • Regional idarəetmə;
  • Dövlət idarəçiliyi nəzəriyyəsi;
  • Korporativ idarəetmə;
  • Sosial media marketinqi;
  • Müştəri əlaqələrinin idarə edilməsi;
  • Pərakəndə ticarət marketinqi;
  • Qərar qəbulu metodları;
  • Dövlət qulluğu;
  • Beynəlxalq marketinq;
  • Marketinq menecmenti (MBA proqramı üzrə);
  • Kiçik biznesin menecmenti (MBA proqramı üzrə);
  • Davamlı və inkluziv inkişafın idarə edilməsi (magistratura);
  • Şəhər təsərrüfatının idarə edilməsi (magistratura);
  • Dövlət və bələdiyyə idarəçiliyinin müasir problemləri (magistratura);
  • Dövlət qulluğunun təşkili və idarə edilməsi (magistratura).

Vakant vəzifələrə müraciət edən namizədlərə tələblər:

  • İxtisas profilinə uyğun istehsalat sferasında təcrübəyə, müvafiq elmi ad və dərəcələrə (minimum magistr təhsilli) malik olan şəxslər müraciət edə bilər;
  • Tədrisin təşkili ilə bağlı bacarıqlara malik olması;
  • 3 illik sənaye təcrübəsinin olması;
  • Tədris texnologiyalarından (office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığının olması;
  • Akademik səviyyədə tədris dilini (azərbaycan, rus və ya ingilis dili) bilmək;
  • Vəzifənin etik davranış qaydalarına sadiqlik;
  • Axşam saatlarında (18:30–21:30) tədris aparmaq imkanının olması.

Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.

Maraqlanan şəxslər CV, diplomun surətini (qiymət vərəqəsi)iddia etdikləri fənn yaxud fənlər üzrə uyğun sillabusu hazırlayıb 2025-ci ilin 12 iyul tarixinədək hr@mdu.edu.az elektron ünvanına göndərə bilərlər.

Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları barədə məktubda məlumat verməlidirlər.