ELAN – MAGİSTRATURAYA QƏBUL OLUNAN BAKALAVRLARIN NƏZƏRİNƏ!

Mingəçevir Dövlət Universitetinin magistratura təhsil səviyyəsinə  qəbul olunan bakalavrların sənəd qəbulu 2025-cü ilin 24 iyul 1 avqust tarixləri arasında aparılacaq.

Magistratura səviyyəsinə qəbul olunanlar aşağıda qeyd olunan sənədlər ilə https://portal.edu.az/ saytında qeydiyyatdan keçməlidir. https://portal.edu.az/ qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış hesab ediləcək və həmin şəxsin qəbul əmri verilməyəcək.

 

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olanların qeydiyyatı üçün tələb olunan  sənədlər:

 

  1. Şəxsiyyət vəsiqəsinin surəti;
  2. Fotoşəkil 3×4 ölçüdə (ağ fonda);
  3. Təhsil haqqında sənəd- diplom və diploma əlavənin surəti (notarial qaydada təsdiq edilməklə), cari ilin məzunları bakalavr təhsilini bitirmələri haqqında arayış;
  4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);
  5. Təhsil haqqı ödənişinin qəbzinin surəti (ödənişli əsaslarla qəbul olunanlar üçün);

Qeyd: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

 

İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:

  1. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:

– doğum haqqında şəhadətnamənin surəti;

– vəfat etmiş valideynin (valideynlərinin) ölüm haqqında şəhadətnaməsinin surəti;

– digər valideynin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (forma 88).

Qeyd: Bu imtiyaz 23 yaşınadək olan şəxslərə aiddir.

 

  1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı olan bakalavrlar:

– bakalavrın cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

.

  1. Orqanizmin funksiyalarının pozulma faizi 61-80% və 81-100% olan bakalavrlar:

– doğum haqqında şəhadətnamənin surəti;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (forma 88).

Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

 

  1. Şəhid ailəsinin üzvü olan bakalavrlar:

– doğum haqqında şəhadətnamənin surəti;

– Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

– mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş  surəti. 

Qeyd: Bu imtiyaz 23 yaşınadək olan şəxslərə aiddir.

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi əlilliyi müəyyən edilməsi ilə əlaqədar vətəndaşların uşaqları (əlillik səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır):

– doğum haqqında şəhadətnamənin surəti;

– valideyinin şəxsiyyət vəsiqəsinin surəti;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (forma 88).

5.1. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:

– doğum haqqında şəhadətnamənin surəti;

– Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər

-Müharibə veteranı olduğunuzu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti

Qeyd: Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.

  1. 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar.

– doğum haqqında şəhadətnamənin surəti;

– Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;

– yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti

For conact:

Tel: 0513892202

Ünvan: MDU-nun əsas tədris binası

Mingəçevir ş, Dilarə Əliyeva küç.21

 

MDU-nun magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qaydaları:

  1. Kapital Bankın filiallarına müraciət etməklə;
  2. Kapital Bankın ödəmə terminalları vasitəsilə Təhsil ödənişləri – Mingəçevir Dövlət Universiteti bölməsinə daxil olmaqla ödəmək olar;
  3. Hökumət Ödəniş Portalı üzərindən plastik bank kartları ilə

www.gpp.az – Bütün ödənişlər > Təhsil > Ali Təhsil Müəsisələri > şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə;

  1. Onlayn və ya köçürmə yolu ilə ödəmək istəyənlər üçün rekvizitlər təqdim olunur:

Təhsil müəssisəsi:

“Mingəçevir Dövlət Universiteti” PHŞ

VÖEN: 2700208321

Bank: “Kapital Bank” Mingəçevir

Kodu: 200 297

Bank VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944 SWIFT: AİİBAZ2X

Hesablaşma hesabı: AZ15AİİB33080019442905187129