17 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin tələbələri üçün “Bir eğitim klasiği: Anlatım yöntemi” mövzusunda onlayn formatda ustad dərs təşkil olunub.
Ustad dərs Türkiyənin Düzce Universitetinin Təhsil fakültəsi, Təhsil elmləri bölməsinin dosenti Fahriye Hayırsever tərəfindən aparılıb.
Tədbirin məqsədi təhsildə effektiv ünsiyyətin və ifadə bacarıqlarının inkişafına töhfə vermək, tələbələrə anlatımın nəzəri və praktiki əsasları barədə ətraflı məlumat təqdim etmək olub. Dərs zamanı dos. Fahriye Hayırsever anlatım üsulları, kommunikasiya strategiyaları və tədrisdə anlatımın rolu ilə bağlı zəngin elmi-praktiki bilgilərini tələbələrlə bölüşüb.
Ustad dərs tələbələr tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılar mövzu ilə bağlı suallar verərək fəal müzakirələr aparıblar.
MDU-da bu cür elmi-praktik tədbirlərin təşkili tələbələrin pedaqoji bilik və bacarıqlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.