Mingəçevir Dövlət Universitetində “Sosial media və şəxsi brendinq” mövzusunda seminar keçirilib

13 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin(MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə tələbə və müəllim heyəti üçün “Sosial media və şəxsi brendinq” mövzusunda seminar təşkil olunub. Seminarın məqsədi iştirakçılara şəxsi brendinqin əsaslarını öyrətmək və sosial mediada onun rolunu izah etmək olub.
Təlimçi İstanbul Universitetində İctimaiyyətlə Əlaqələr və Reklam üzrə fəlsəfə doktoru, MDU-nun Biznes və menecment kafedrasının müəllimi Müşfiq Hüseynov iştirakçılara hədəf auditoriyanı müəyyən etmə, uyğun məzmun hazırlama, sosial media platformalarının xüsusiyyətlərini öyrənmə, SEO və analitika alətlərindən istifadə, onlayn reputasiya idarəetməsi və peşəkar sosial media imici yaratma yolları barədə ətraflı məlumat verib.
Seminar zamanı müasir rəqəmsal kommunikasiyanın vacibliyi vurğulanıb, şəxsi brendin effektiv idarə olunması üçün praktik məsləhətlər təqdim edilib. Təlim interaktiv formada keçib və iştirakçıların sualları cavablandırılıb.
MDU rəhbərliyi gələcəkdə də tələbə və müəllim heyətinin peşəkar inkişafını dəstəkləyən bu kimi seminarların davam etdiriləcəyini bildirib.