Mingəçevir Dövlət Universitetində  “Suverenlik iqtisadi azadlığın təminatıdır” mövzusunda elmi konfrans keçirilib

14 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Konstitusiya və suverenlik ili” çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Suverenlik iqtisadi azadlığın təminatıdır” mövzusunda elmi konfrans keçirilib.

Konfransın açılışında İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli çıxış edərək, bu cür tədbirlərin tələbələrin elmi-tədqiqat potensialının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Konfransda müxtəlif fakültələrdən və ixtisaslardan olan tələbələr suverenlik, konstitusiya və idarəetmə sahələrində elmi məruzələrlə çıxış ediblər. Məruzəçilər Fuad Muradov və Nigar İsgəndərova “Konstitusiya və Demokratiya: Əsas hüquqların qorunması və inkişafı”, Rəcəb Tanrıverdiyev “Konstitusiyamız suverenliyimizin əsas komponentidir”, Fatimə Rəsulzadə “Suverenliyimizin tam bərpası müstəqilliyimizin təntənəsidir”, Fərid Mehdi­zadə “Maliyyə sabitliyinin ölkə iqtisadiyyatının inkişafında rolu”, Nuray Vəliyeva və Nuray Rəhimova “Post-konflikt ərazilərdə yeni iqtisadi quruculuq: Qarabağın inkişaf impulsları”, Aytac Vəliyeva “İqtisadi suverenliyin gücləndirilməsində kadr potensialının rolu”, Aytəkin Abdullayeva “İqtisadi təhlükəsizlik və maliyyə savadlılığı: problemlər və həlli yolları”, Çiçək Cavadlı və Jalə Kərimxanova “Turizm sahəsində idarəetmə”, Mələkxanım Sultanov “Davamlı turizmin inkişafına ekoturizmin təsiri”, Leyla İsmayılova və Fidan Cavadov “Təşkilatın effektiv fəaliyyətində menecer və liderlərin rolu” mövzular ətrafında çıxış ediblər. Konfrans sonda müzakirələrlə davam etdirilib.

Tədbirdə tələbələr elmi tədqiqat bacarıqlarını nümayiş etdirməklə yanaşı, iqtisadi və hüquqi mövzulara dair öz baxış bucaqlarını da ortaya qoyublar. Bu kimi tədbirlər tələbələrin gələcək karyera inkişafı və elmi fəaliyyətə marağının artırılması baxımından böyük əhəmiyyət daşıyır.