Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Tarix və Antropologiya elmləri üzrə Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Bundan öncə jurnal AAK-ın İqtisad elmləri üzrə Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdi.
Qeyd edək ki, hazırda jurnalın növbəti buraxılışı üçün məqalə qəbulu davam edir.
Jurnal haqqında ətraflı məlumatı MDU-nun saytından (https://mdu.edu.az/dayaniqli-inkisaf-jurnali) əldə edə bilərsiniz.